Meksikada stadionda silahlı hücum zamanı 11 nəfər öldürülüb

Xəbərlər
26 Yanvar 2026 10:42
98
Meksikada stadionda silahlı hücum zamanı 11 nəfər öldürülüb

Meksikanın Quanaxuato ştatında futbol meydançasında azarkeşlər arasında baş verən atışma nəticəsində 11 nəfər ölüb, 12 şəxs yaralanıb.

İdman.Biz xəbər verir, bu barədə “Jornada” nəşri məlumat yayıb.

Qeyd olunur ki, şübhəlilərin axtarışı aparılır. İnsidentin motivi hələlik məlum deyil. Əlavə edək ki, Meksikanın Quanaxuato şəhəri narkotik maddələrin tranziti, satışı ilə gündəmdə olan şəhərdir.

İdman.Biz