“Barselona”nın gənc hücumçusu Lamin Yamal La Liqada vurduğu möhtəşəm qoldan sonra diqqətçəkən sevinci ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, “Oviedo” ilə oyunda qayçı zərbəsi ilə fərqlənən Yamal qol sevincini reklam lövhəsinin üzərində oturmaqla qeyd edib.
Qeyd edək ki, bu cür qeydetmə Kriştianu Ronalduya xas üslublardan biridir. Amma eyni zamanda Yamal özünə idol seçdiyi Neymar da bu cür qol qeyd edib.
Gənc futbolçunun bu hərəkəti tribunalardakı azarkeşlərin və sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
