Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18-cidir

Xəbərlər
22 Yanvar 2026 02:50
37
Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18-cidir

Çempionlar Liqasının yeddinci turuna yekun vurulub.

İdman.Biz bildirir ki, bu turdan sonra Londonun “Arsenal” komandası 21 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” 18 xalla ikincidir. Bu iki klub turnirin 1/8 final mərhələsində özlərinə yeri təmin ediblər.

15 xal toplamış “Real Madrid”lə “Liverpul” növbəti yerləri bölüşürlər.

İlk onluğa “Tottenhem” (14), PSJ (13), “Nyukasl” (13), “Çelsi” (13), “Barselona” (13) və “Sportinq” (13) də daxildirlər.

Bakıda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla 18-ci yerdədir. “Qalatasaray” da 10 xal qoplayıb və 17-ci yerdə qərarlaşıb.

“Vilyarreal” və “Kayrat” hərəyə 1 xalla turnir cədvəlinin sonundadırlar. Bu iki klub, həmçinin “Ayntraxt” (4) və “Slaviya” (3) növbəti mərhələyə çıxmaq şanslarını itiriblər.

İdman.Biz