Afrika Millətlər Kubokunda (AFCON) baş verən insidentdən sonra Mərakeş millisinin yarımmüdafiəçisi İsmael Saibari məsələni yerindəcə həll edib.
İdman.Biz xəbər verir ki, futbolçu Edouard Mendi ilə bağlı yaşanan hadisəyə görə üzr istəmək üçün Seneqal millisinin qaldığı otelə şəxsən gedib.
Saibari qapıçı ilə birbaşa görüşərək baş verənlərə görə üzr istəyib. Görüş zamanı tərəflər əl sıxaraq məsələni bağlayıblar.
Qeyd edək ki, AFCON zamanı Mendinin dəsmalı ilə bağlı epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, final zamanı Seneqal millisinin ehtiyat qapıçısı Yevann Diu meydana çıxmasa da, davranışı ilə ölkədə böyük rəğbət qazanıb.
Qarşılaşma zamanı əsas qapıçı Mendi üçün istifadə olunan dəsmalları topdaşıyanların dəfələrlə götürməyə çalışması fonunda Diu uzun müddət kənarda həmin dəsmalları qorumaq məcburiyyətində qalıb. Yağışlı hava şəraitində qapıçıların əlcəkləri və üzlərini qurulamaq üçün istifadə etdikləri dəsmallar finalın ən mübahisəli detallarından birinə çevrilib.
Müşahidəçilərin və azarkeşlərin paylaşdığı görüntülərdə Diu-nun dəsmalı qorumaq üçün meydança kənarında topdaşıyanlarla mübarizə apardığı görünür. Digər kadrlarda isə Mərakeş millisinin kapitanı Əşrəf Hakiminin Mendiyə aid dəsmallardan birini reklam lövhələrinin arxasına atdığı, İsmail Saibarinin isə Diunun dəsmalı Mendiyə ötürməsinə mane olmağa çalışdığı əks olunub.
