Futbolda komandaların bilərəkdən oyunu ləngitməsinin qarşısını almaq üçün sərt qaydaların tətbiqi gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunun tempini artırmaq məqsədilə bir sıra dəyişikliklər üzərində işləyir.
Əsas dəyişikliklərdən biri autdan topun oyuna qaytarılması zamanı sərf olunan vaxtın məhdudlaşdırılmasıdır. Eyni zamanda qapıdan zərbələrin icrası üçün də konkret zaman limiti tətbiq oluna bilər.
“The Athletic” nəşrinin məlumatına görə, IFAB bu məsələni artıq gələn həftə keçiriləcək iclasda müzakirə edəcək. Qərar qəbul ediləcəyi təqdirdə, yeni qaydalar yaxın mövsümlərdə futbol oyunlarına ciddi təsir göstərə bilər.
