“İspaniyanın “Real Madrid” futbol klubunun azarkeşləri şənbə günü keçiriləcək oyun ərəfəsində futbolçulara qarşı ciddi etiraz nümayiş etdirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, COPE radiosunun məlumatına görə, qarşılaşma başlamazdan əvvəl “Santyaqo Bernabeu” stadionunda madridli oyunçuların çox səs-küylü şəkildə fitə basılması planlaşdırılır.
Mənbənin bildirdiyinə görə, “Real Madrid” rəhbərliyi azarkeşlərin narazılığını anlayışla qarşılayır və bunu komandanın son çıxışları ilə bağlı təbii reaksiya kimi qiymətləndirir. Klub daxilində hesab olunur ki, oyunçular meydanda göstərəcəkləri performansla bu gərginliyi yalnız özləri aradan qaldıra bilərlər.
