Mişel Platini: “İnfantino nüfuzlu insanları və pulu sevir”

Xəbərlər
16 Yanvar 2026 12:24
38
Mişel Platini:  “İnfantino nüfuzlu insanları və pulu sevir”

UEFA-nın sabiq prezidenti Mişel Platini hazırkı FIFA prezidenti Canni İnfantino ilə bağlı tənqidi fikirlər səsləndirib. İnfantino 2016-cı il fevralın 26-dan etibarən FİFA-ya rəhbərlik edir. Ondan əvvəl bu vəzifəni 1998–2015-ci illərdə Yozef Blatter tutub və o, korrupsiya qalmaqalından sonra postunu tərk edib.

İdman.Biz xəbər verir ki, M.Platinin fikirlərini “The Guardian” nəşr edib.

“O, yaxşı ikinci nömrə idi, amma yaxşı birinci nömrə ola bilmədi. UEFA-da çox yaxşı işləyirdi, lakin onun bir problemi var: varlı və nüfuzlu insanları, pulu olanları sevir. Bu, onun xarakteridir. O, ikinci nömrə olanda da belə idi, amma o zaman əsas fiqur deyildi.

Təəssüf ki, pandemiyadan sonra İnfantino daha da böyük avtokrat oldu. Demokratiya Blatter dövrləri ilə müqayisədə daha da azalıb. Blatter haqqında nə desən demək olar, amma onun əsas problemi FİFA-da ömürlük qalmaq istəməsi idi. O, futbol üçün yaxşı bir insan idi”, – deyə Platinidən bildirib.

İdman.Biz