Xosep Qvardiola “Mançester Siti”nin yeni transferi Antuan Semenyonun oyununu dəyərləndirib

Xəbərlər
14 Yanvar 2026 10:12
45
Xosep Qvardiola “Mançester Siti”nin yeni transferi Antuan Semenyonun oyununu dəyərləndirib

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola “Bornmut”dan 75 milyon avro (65 milyon funt sterlinq) qarşılığında transfer olunan qanalı cinah hücumçusunun ilk matçlardakı çıxışından danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini BBC dərc edib.

“Biz “Bornmut”un Semenyo ilə gördüyü inanılmaz işi görmüşdük. İndi onun oyununa baxıram: top hər dəfə ona çatanda, o, daim düzgün mövqedə olur və epizoda qoşulmağa hazırdır” - deyə X.Qvardiola bildirib.

Xatırladaq ki, qanalı vinger transferdən sonra “Mançester Siti”nin heyətində iki oyun keçirib. O, İngiltərə Kubokunda “Ekseter”lə matçda (10:1) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb, İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda isə “Nyukasl Yunayted”in qapısına yol tapıb (2:0).

Ümumilikdə cari mövsümdə 26 yaşlı Antuan Semenyo bütün turnirlərdə 23 matça çıxıb, 12 qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz
Məqalədə: