Xabi Alonso rəhbərliyə ultimatum veribmiş

Xəbərlər
13 Yanvar 2026 12:04
57
Xabi Alonso rəhbərliyə ultimatum veribmiş

İspaniyanın “Real Madrid” futbol klubunda daxili gərginlik üzə çıxıb və bu, artıq rəhbərlik səviyyəsinə qədər yüksəlib.

İdman.Biz xəbər verir ki, Xabi Alonso son iclasların birində rəhbərliyə açıq şəkildə bildirib ki, “oyunçuların həddindən artıq çox gücü var” və “bu formada davam etmək mümkün deyil”. Bu barədə “Cadena SER” məlumat yayıb.

Mənbəyə görə, Xabi Alonso ilə futbolçular arasındakı münasibətlər əvvəldən problemsiz olmayıb. Fabrizio Romano da təsdiqləyir ki, məşqçi ilə oyunçu qrupu arasında emosional və peşəkar məsafə yaranıb və bu, zamanla daha da dərinləşib.

Xüsusilə Luka Modriçlə bağlı verilən qərar soyunub-geyinmə otağında ciddi narazılıq yaradıb. Xorvatiyalı yarımmüdafiəçi komandada qalmağa və yeni şərtlərlə daha bir mövsüm çıxış etməyə hazır idi. Lakin Xabi Alonso və klub rəhbərliyi başqa yol seçərək gənclərə üstünlük verməyə qərar verib.

Bu qərar bəzi aparıcı oyunçular tərəfindən ədalətsiz və emosional baxımdan ağır qəbul olunub və məhz bu məqam daxili balansı pozan əsas faktor kimi qiymətləndirilir.

Nəticədə “Real Madrid”də məsələ artıq təkcə idman planı deyil, idarəetmə modeli və soyunub-geyinmə otağında kimin söz sahibi olması mövzusuna çevrilib. Klub daxilində proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə yaxın həftələrdə daha aydın olacaq.

Qeyd edək ki, Xabi Alonso müqavilədəki bəndə görə, sadəcə bu mövsümün ödənişini alacaq. Onun müqaviləsində birinci il ərzində işdən çıxarıldığı təqdirdə, yalnız həmin il üçün maaş alacağı bəndi var idi.

İdman.Biz