Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə” Rumıniya, Çexiya və Ukrayna klubları ilə üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Kulubu məlumat yayıb.
Komanda Antalyada üç matça çıxacaq.
“Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.
13:51
“Zirə” mövsümün ikinci hissəsinin hazırlıqlarına başlayıb.
İdman.Biz xəbər verir ki, “qartallar” ayın 10-na qədər Bakıda, daha sonra isə Türkiyənin Antalya şəhərində hazırlıqlarına davam edəcək.
Onlar Türkiyədə iki yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən biri məlumdur. Bu, Ukraynanın “Oleksandriya” klubudur.
Qarşılaşma yanvarın 16-da baş tutacaq.
Rəşad Sadıqovun komandası qardaş ölkədə daha bir oyunda qüvvəsini sınacaq. Rəqibin kimliyi daha sonra məlum olacaq.
