Fransa Liqa 1-in 17-ci turunda PSJ və “Paris” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, görüşdə 2:1 hesablı qələbəni PSJ qazanıb.
45-ci dəqiqədə Dezire Due hesabı açaraq meydan sahiblərini irəli çıxarıb. 51-ci dəqiqədə Villem Jebbel penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 53-cü dəqiqədə Usman Dembele PSJ-nin üstünlüyünü təmin edib.
Bu oyundan sonra PSJ 39 xalla Fransa çempionatının yüksək dəstəsinin turnir cədvəlində ikinci pillədə qərarlaşıb, “Paris” isə 16 xalla 15-ci yerdədir.
00:25
Fransa Liqa 1-in 17-ci turunda "Brest" - "Oser"lə qarşılaşıb. Matç ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qoları 33-cü dəqiqədə Ajorque və 79-cu dəqiqədə Çotard vurub.
Bu qələbədən sonra "Brest" xallarını 22-yə çatdıraraq 11-ci pilləyə qalxıb. "Oser" isə 12 xalla 17-ci pillədədir.
İdman.Biz xəbər verir ki, turun digər oyunu "Havr" və "Anje" arasında keçirilib. Oyun 2:1 hesabı ilə başa çatıb.
İlk hissənin 21-ci dəqiqəsində ev sahbləri Quetantın qolu ilə hesabı açıb. Qonaqların bərabərlik qolunu Mouton 55-ci dəqiqədə vurub. Ev sahiblərinin qələbə qolunu 81-ci dəqiqədə Obouqou vurub.
"Havr" qələbə sayəsində 18 xalla turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Qonaqlar isə 22 xalla 10-cudur.
"Loryan" və "Mets" arasında keçirilən matç 1:1 hesablı bərabərliklə bitib.
Oyunda hesabı qonaqlar açıb. 29-cu dədiqədə Sane fərqlənib. 73-cü dəqiqədə "Loryan" Dienqin qolu ilə hesabı bərabərləşdirib.
21:30
Fransa Liqa 1-in 17-ci turunda “Marsel” və “Nant” arasında keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Marsel”in yarımmüdafiəçisi Artur Vermeren 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib.
31-ci dəqiqədə qonaqların müdafiəçisi Fabyen Sentons hesabı açıb. Qoldan sonra, 32-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bilal Nadir meydana daxil olub. İkinci hissədə Nadir 54-cü dəqiqədə sarı vərəqə alıb, 56-cı dəqiqədə isə qayda pozuntusuna görə meydandan kənarlaşdırılıb. Görüşün sonunda, 88-ci dəqiqədə Remi Kabella penaltini dəqiq yerinə yetirərək qonaqların üstünlüyünü artırıb.
Fransa çempionatında 17 oyun keçirən “Marsel” 32 xal toplayıb və turnir cədvəlində üçüncü yeri tutur. “Nant” isə 14 xalla 16-cı pillədə qərarlaşıb.
