Braziliyanın “Santos” klubunun aparıcı hücumçusu Neymar da Silva Santos Junior komandası ilə yeni müqaviləyə imza atıb.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 33 yaşlı cinah yarımmüdafiəçisinin yeni anlaşması ən azı 2026-cı ilin dekabr ayınadək qüvvədə olacaq. Neymarın “Santos”la əvvəlki müqaviləsinin müddəti isə 2025-ci il dekabrın 31-də başa çatmalı idi.
Cari mövsümdə Braziliya çempionatında 20 oyuna çıxan futbolçu 8 qola imza atıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına əsasən, Neymarın hazırkı transfer dəyəri 10 milyon avro təşkil edir.
