AFFA “Lənkəran”ın şikayətini qismən təmin etdi

Xəbərlər
30 Dekabr 2025 11:31
56
AFFA “Lənkəran”ın şikayətini qismən təmin etdi

AFFA-nın Region Liqasında mübarizə aparan “Lənkəran”ın futbolçusu Səlim Alıyevlə bağlı şikayəti ilə əlaqədar qərarı açıqlayıb.

İdman.Biz xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı şikayəti qismən təmin edib.

Dekabrın 7-də “Zəfər 44” komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.

Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.

İdman.Biz