Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Qabon-Mozambik oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 37-ci dəqiqədə Mozambik millisinin hücumçusu Faysal Banqal açıb. 42-ci dəqiqədə Ceni Katamo penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. İlk hissənin sonuna əlavə olunmuş vaxtda, 45+5-ci dəqiqədə Qabon yığmasının hücumçusu Pyer-Emerik Obameyanq hesab arasındakı fərqi azaldıb.
İkinci hissədə, 52-ci dəqiqədə Dioqu Kalila Mozambikin üçüncü qolunu vurub. Qabon yığmasının ikinci qolunu isə 76-cı dəqiqədə Aleks Muketu-Mussunda qeydə aldırıb.
İki turdan sonra F qrupunda Qabon millisi xal toplamayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Mozambik yığması isə üç xalla üçüncü yerdədir.
