Uilyam Saliba “Arsenal”ın niyyətini açıqlayıb

Xəbərlər
26 Dekabr 2025 12:09
43
Uilyam Saliba “Arsenal”ın niyyətini açıqlayıb

İngiltərə Premyer Liqası və Çempionlar Liqasında lider olan “Arsenal” komandasının müdafiəçisi Uilyam Saliba bu mövsümün sonunda komandasının tarixi kvadruplu - eyni vaxtda dörd turnirdə (İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, İngiltərə kuboku, Liqa Kuboku) titul qazanmaq fikrində olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, “Arsenal” İngiltərə Liqa Kubokunun yarımfinalına yüksələrək “Çelsi”yə qarşı çox önəmli qarşılaşmaya hazırlaşır və bu, komandanın dörd turnirdə də şansının davam etdiyini göstərir.

“Son üç mövsümdə Premyer Liqada qələbəyə yaxın olmuşuq, ötən mövsümdə isə Çempionlar Liqasının və İngiltərə Liqa Kubokunun yarımfinalına çıxmışıq, ona görə də istənilən turniri qazana biləcəyimizi bilirik.

Premyer Liqada son üç mövsümdə ikinci yeri tutduqlarını xatırladan Saliba Mikel Artetanın altı illik çalışdırıcılığı müddətində hələ əsas kuboku qazanmadığını, bu mövsüm trofey qazanmaq üçün qətiyyətli olduqlarını vurğulayıb.

Saliba əlavə edib ki, turnirlərdə qalib gəlmək üçün meydanda bunu göstərmək lazımdır və Liqa Kubokunda yarımfinala yüksəldikləri üçün bu kuboku da qazanmaq istədiklərini qeyd edib. O, komandanın yaxşı əhval-ruhiyyədə olduğunu, lakin futbolda hər şeyin tez dəyişə biləcəyini də diqqətə çatdırıb.

“Arsenal” qarşıdakı günlərdə “Brayton” və “Aston Villa” ilə Premyer Liqada çox ağır oyunlar keçirməli olacaq və ardınca yanvar ayında səkkizdən çox matç oynayacaq. Saliba zədədən qayıdacaq futbolçuların komandasına kömək edəcəyini də əlavə edib.

İdman.Biz