Osimhenin baş məşqçi ilə dartışması Afrikada gündəm oldu - VİDEO

Xəbərlər
24 Dekabr 2025 13:15
58
Osimhenin baş məşqçi ilə dartışması Afrikada gündəm oldu - VİDEO

Nigeriya millisi Afrika Millətlər Kubokunun C qrupunda Tanzaniya yığmasını 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, matçda Nigeriyanın qollarını Ajayi və Lukman vurub.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen isə 86-cı dəqiqədə əvəzlənərək meydanı “Trabzonspor”un futbolçusu Pol Onuaçuya verib.

Osimhenin oyundan çıxdıqdan sonra verdiyi reaksiya isə Afrikada gündəmə çevrilib.

Bildirilir ki, futbolçu əvəzlənməsindən sonra Nigeriya millisinin baş məşqçisi Erik Şelle ilə dialoqa girib. Şelle Osimhen yanından ayrılmaq istədiyi anda onu qolundan tutaraq geri çəkib və ona nəsə deyib.

Bu anlar afrikalı jurnalist Mikki Jnr tərəfindən qeydə alınıb və sosial şəbəkədə paylaşılıb.

Paylaşımda belə deyilir:

“Viktor Osimhen oyundan çıxarılır və bu qərardan açıq şəkildə narazıdır. Hücumçu üçün məyusedici axşam idi; turnirdə Tanzaniyanın üçüncü qapıçısına qarşı qol vura bilmədi. Elə axşamlardan biri idi ki, heç nə alınmır”.

İdman.Biz