Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.
11-ci turun “Sumqayıt” - “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. 10-cu turun “Turan Tovuz” - “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.
“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında birinci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.
|
1 |
Sumqayıt |
9 |
25810 |
2868 |
|
2 |
Turan Tovuz |
7 |
17100 |
2443 |
|
3 |
Neftçi |
8 |
14848 |
1856 |
|
4 |
Sabah |
8 |
12855 |
1607 |
|
5 |
Qarabağ |
7 |
10387 |
1484 |
|
6 |
Karvan-Yevlax |
9 |
13120 |
1458 |
|
7 |
Şamaxı |
7 |
7400 |
1057 |
|
8 |
Zirə |
9 |
7950 |
883 |
|
9 |
Kəpəz |
8 |
4850 |
606 |
|
10 |
Qəbələ |
7 |
4000 |
571 |
|
11 |
İmişli |
8 |
4200 |
525 |
|
12 |
Araz-Naxçıvan |
8 |
1540 |
193 |
|
Cəmi |
95 |
124060 |
1306 |
