“Sabah”ın legioneri: “İki gün sonra bizi daha bir vacib oyun gözləyir”

Xəbərlər
20 Dekabr 2025 15:40
57
“Sabah”ın legioneri: “İki gün sonra bizi daha bir vacib oyun gözləyir”

“Çox vacib qələbə idi. Komanda olaraq yaxşı performans sərgilədik”.

Bu sözləri “Sabah”ın futbolçusu Stiv Solvet deyib.

Paytaxt təmsilçisinin legioneri “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının birinci turundan təxirə salınmış qarşılaşma haqqında fikirlərini bölüşüb.

“Bilirdik ki, çətin oyun olacaq. Amma istənilən halda meydana qələbə üçün çıxmışdıq. 90 dəqiqə bunun üçün çalışdıq və sonda istədiyimizə nail olduq. Komandamızın hər bir üzvü meydanda sərgilədiyi performansa, əzmkarlığa görə təbrikə layiqdir. Qalib gəldiyimiz üçün çox şadam. Amma bu, sadəcə bir qələbə idi. Hədəflərimizə çatmaq üçün hər oyunda sona kimi mübarizə aparmalıyıq. İki gün sonra bizi daha bir vacib oyun gözləyir. Çətin matç olacaq. Səfərdə oynayacağıq, buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. İnanıram ki, buna nail ola biləcəyik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Valdas Dambrauskasın komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 33 xalla ikincidir.

İdman.Biz