Frasan Liqa 1: “Marsel” “Monako”nu Qrinvudun qolu ilə məğlub etdi

Xəbərlər
15 Dekabr 2025 02:17
40
Frasan Liqa 1: “Marsel” “Monako”nu Qrinvudun qolu ilə məğlub etdi

Fransanın Liqa 1-də 16-cı turun oyunu çərçivəsində “Marsel” doğma meydanda “Monako” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə yeganə qolun müəllifi Meyson Qrinvud olub.

İngiltərəli hücumçu 82-ci dəqiqədə fərqlənərək “Marsel”ə 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra “Marsel” 16 oyundan sonra 32 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Monako” isə 23 xalla doqquzuncu yerdə qalıb. Çempionata 37 xalla “Lans” başçılıq edir.

Növbəti turda “Marsel” yanvarın 4-də öz meydanında “Nant”ı qəbul edəcək. “Monako” isə bundan əvvəl “Lion”la qarşılaşacaq.

İdman.Biz