İspaniya La Liqasında keçirilməsi nəzərdə tutulan “Levante” - “Vilyarreal” qarşılaşması rəsmi təxirə salınıb.
İdman.Biz xəbər verir ki, bu barədə meydan sahiblərinin rəsmi saytı məlumat yayıb.
Matçın təxirə salınmasına səbəb bölgə üzrə əlverişsiz hava proqnozu olub. Güclü yağışlarla əlaqədar olaraq hakimiyyət orqanları qırmızı təhlükə səviyyəsi elan ediblər. Bundan sonra “Levante” klubu oyunun ertələnməsi üçün müraciət edib və İspaniya Kral Futbol Federasiyası bu qərarı təsdiqləyib.
Qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq. Bildirilir ki, əvvəlcədən alınmış biletlər qüvvədə qalacaq və oyun yeni tarixdə keçiriləndə etibarlı olacaq.
Turnir cədvəlində “Vilyarreal” La Liqada üçüncü pillədə qərarlaşıb, “Levante” isə sonuncu yerdədir.
