Millimizin oyunçusu komandasına kömək edə bilmədi

Xəbərlər
14 Dekabr 2025 10:30
54
Millimizin oyunçusu komandasına kömək edə bilmədi

Niderlandın “Volendam” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün komandası növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, “Volendam” səfərdə “Qroninqen”lə üz-üzə gəlib və qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Volendam” üçün vəziyyət Mavouna Amevorun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra daha da çətinləşib. Müdafiəçi rəqibin sürətli hücumunun qarşısını qayda pozuntusu ilə kəsib.

Qeyd edək ki, Ozan Can Kökçü matça start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. “Volendam” qapıçısı Kayne van Oevelen bir neçə epizodda komandasını qoldan xilas etsə də, məğlubiyyətin qarşısını almaq mümkün olmayıb.

Beləliklə, “Volendam” 16 turdan sonra 14 xalla 15-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu Niderland kuboku çərçivəsində evdə “Genemuiden”ə qarşı keçirəcək.

İdman.Biz

Məqalədə: