KİV: Suares vətəninə qayıdır

Xəbərlər
8 Dekabr 2025 10:13
38
KİV: Suares vətəninə qayıdır

“İnter Mayami”nin hücumçusu Luis Suares vətəninə qayıtmağa hazırlaşır.

İdman.Biz “Euro-football”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun “İnter Mayami” ilə mövcud müqaviləsi ayın sonunda başa çatır və onun yenilənməyəcəyi iddia edilir.

Yaxın günlərdə uruqvaylı hücumçu, Montevideodan(Uruqvayın paytaxtı) olan “Nasional”ın baş məşqçisi ilə ehtimal olunan qayıdışını müzakirə etmək üçün görüşəcək.

Məhz bu klubda hücumçu karyerasına başlayıb və 2022-ci ilin yayında Avropanı tərk etdikdən sonra ilk altı ayını burada keçirib.

Luis Suares hazırkı mövsümdə “İnter Mayami”nin heyətində 50 oyunda 17 qol və 17 asistlə yadda qalıb.

İdman.Biz

Məqalədə: