İngiltərə Premyer Liqası: “Vest Hem” qələbəni qoruya bilmədi

Xəbərlər
7 Dekabr 2025 20:40
53
İngiltərə Premyer Liqası: “Vest Hem” qələbəni qoruya bilmədi

İngiltərə Premyer Liqasının 15-ci turunda “Vest Hem” səfərdə “Brayton”la 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 73-cü dəqiqədə qonaqların heyətində Carrod Bouen açıb. Matçın sonlarına yaxın isə Corcinyo Rütter bərabərlik qolunu vuraraq “Brayton”u məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra “Vest Hem” 13 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Onlar 16-cı turda, dekabrın 14-də doğma meydanda “Aston Villa”nı qəbul edəcək.

“Brayton” isə 23 xala yüksələrək 7-ci yerə qalxıb. Növbəti oyununu dekabrın 13-də səfərdə “Liverpul”a qarşı keçirəcək.

İdman.Biz

Məqalədə: