AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib

Xəbərlər
25 Noyabr 2025 16:11
28
AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib

AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib.

İdman.Biz xəbər verir ki, buna XII turda “Şamaxı” ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub.

“Sumqayıt”ın futbolçusu Rayan Senhaci isə 1 oyunluq cəza alıb. O, “Qarabağ”la görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. “Gənclik şəhəri” təmsilçisi ona görə 500 manat ödəməli olacaq.

İdman.Biz

Məqalədə: