Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.
O, UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunda baş tutacaq “Universitatya Krayova” (Rumıniya) – “Maynz” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.
