Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu Kriştianu Ronaldu ABŞ prezidenti Donald Trampın onu Ağ Evə dəvət etməsi ilə bağlı ilk dəfə açıqlama verib.
İdman.Biz xəbər verir ki, Ronaldu Trampın ona göstərdiyi səmimi münasibətə görə təşəkkür edib və qızıl açar hədiyyəsinin onun üçün xüsusi məna daşıdığını bildirib.

“Təşəkkür edirəm, cənab prezident, dəvətinizə və mənə, eləcə də gələcək həyat yoldaşım Corcinaya göstərdiyiniz isti qəbula görə,” - deyə futbolçu bildirib.
Ronaldu həmçinin gələcək nəsillərin ilhamlandırılması üçün töhfə verməyə hazır olduğunu vurğulayıb: “Hər birimiz dünya üçün anlamlı bir şey edə bilərik və mən cəsarət, məsuliyyət və davamlı sülh üzərində qurulan gələcək üçün yeni nəsillərə ilham verməyə hazıram”.
Qeyd edək ki, Ronaldunun Ağ Evi ziyarəti və Trampın ona qızıl açar hədiyyə etməsi həm ABŞ, həm də dünya mediasında geniş müzakirəyə səbəb olub.
