Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ikinci matçını keçirib - YENİLƏNİB

Xəbərlər
20 Noyabr 2025 15:41
149
Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ikinci matçını keçirib - YENİLƏNİB

Bu gün Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci matçını keçirib.

İdman.Biz xəbər verir ki, U-15 Bolqarıstan ilə qarşılaşıb.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdəki ilk matçında monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu. Komanda növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.

10:14

Bu gün 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.

Millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 12:00-da başlanacaq.

İdman.Biz
Məqalədə: