Lamin Yamalın adı gecə klubu qalmaqalında hallandı

Xəbərlər
19 Noyabr 2025 18:54
34
Lamin Yamalın adı gecə klubu qalmaqalında hallandı

“Barselona”nın gənc ulduzu Lamin Yamal haqqında Kataloniya mediasında yeni iddia gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “El Periodico” nəşri futbolçunun ötən cümə axşamı Barselonanın məşhur “Luz de Gas” gecə klubunda özəl tədbir təşkil etdiyini yazıb.

Nəşrin məlumatına görə, tədbirdə telefonlardan istifadə qadağan edilib və VIP zonasına yalnız xanımların girişinə icazə verilib. Tədbirin detalları klubun qapalı qaydalarına görə tam şəkildə ortaya çıxmasa da, xəbərin yayımlanması İspaniyada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Lamin Yamal hazırda “Barselona”nın əsas heyətində yer alan ən gənc futbolçulardan biri kimi böyük diqqət görür və həm klub, həm də İspaniya millisinin gələcək layihələrində vacib fiqur hesab olunur.

İdman.Biz

Məqalədə: