Qattuzo: "Avropanın seçmə sistemi qruplara nəfəs almağa imkan vermir"

Xəbərlər
14 Noyabr 2025 11:20
29
Qattuzo: "Avropanın seçmə sistemi qruplara nəfəs almağa imkan vermir"

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo 2026 Dünya Çempionatının seçmə mərhələsi ilə bağlı mövcud bölgəvi fərqlərdən narazılığını bildirib.

İdman.Biz xəbər verir ki, Qattuzo Cənubi Amerika üçün ayrılan birbaşa vəsiqələrin sayını ədalətli hesab etmir.

“Cənubi Amerikada altı komandanın Dünya Çempionatına birbaşa vəsiqə qazanması və yeddincinin pley-off oynaması ədalətli deyil. Avropada isə qruplar son dərəcə sıxdır”, - deyə mütəxəssis bildirib.

Qattuzo bölgələr arasındakı fərqin onu məyus etdiyini də əlavə edib:

“Cənubi Amerika qrupunda altı komandanın Dünya Çempionatına birbaşa getdiyini görmək məni kədərləndirir”.

İdman.Biz