Fransanın “Marsel” klubunda çıxış edən hücumçu Pyer-Emerik Obameyanq “Barselona”dan “Çelsi”yə keçidi barədə danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu həmin transferi səhv kimi qiymətləndirib.
““Çelsi”yə keçid böyük səhv idi. Lənətə gəlmiş dərəcədə böyük səhv. O vaxt “Barselona”da ağır dövr keçirirdim. Evimi qarət etmişdilər, klub isə mütləq bir oyunçunu satmalı idi, ya Memfis Depay, ya da məni”, - deyə hücumçu bildirib.
Obameyanq əlavə edib ki, o dövrdə qarşısında yalnız bir seçim olub, o da “Çelsi”.
“Razılaşdım. Ailəmə daha yaxın olacaqdım, hətta bu “Çelsi” olsa belə. Fikirləşirdim ki, hər şey yaxşı olacaq. Oliviye Jiru “Arsenal”dan “Çelsi”yə keçdi və heç bir problem yaşamadı, amma mənim üçün hər şey tam fərqli oldu”, - deyə futbolçu vurğulayıb.
