“Fənərbağça” rəhbərliyi ilə Levandovskinin menecerləri arasında görüş baş tutub

Xəbərlər
13 Noyabr 2025 10:57
32
“Fənərbağça” rəhbərliyi ilə Levandovskinin menecerləri arasında görüş baş tutub

“Fənərbağça” qış transfer pəncərəsi üçün işlərə start verib. İstanbul klubu hücum xəttini gücləndirmək məqsədilə dünyaca məşhur forvardla danışıqlara başlayıb.

İdman.Biz Türkiyə mətbuatına istinadən məlumat verir ki, İstanbul klubunun rəhbərliyində təmsil olunan şəxslər “Barselona”dan ayrılması gözlənilən Robert Levandovski ilk təması qurub.

“Fənərbağça”nın rəhbər şəxslərinin polşalı hücumçunun meneceri ilə görüş keçirdiyi, futbolçunun vəziyyəti barədə məlumat aldığı və cavab gözlədiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, “Fənərbağça” mərakeşli Yusif En-Nesirinin çıxışından narazıdır və bu səbəbdən hücum xəttinə daha təcrübəli oyunçu cəlb etmək niyyətindədir. Belə ki, Levandovski klubun transfer siyahısında ilk sırada yer alır.

Məlumata görə, “Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatan 37 yaşlı Levandovski gözlədiyi təklifi almayıb və Kataloniya təmsilçisindən ayrılmağa yaxındır. O, cari mövsümdə 12 oyunda meydana çıxaraq rəqib qapılarına yeddi qol vurub.

İdman.Biz