Valdas Dambrauskas: “Futbolun gücü dağların zirvəsində belə hiss olunur” - FOTO

Xəbərlər
12 Noyabr 2025 12:08
38
Valdas Dambrauskas: “Futbolun gücü dağların zirvəsində belə hiss olunur” - FOTO

“Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Şahdağ dağlarında keçirdiyi istirahət zamanı çəkdiyi fotoları izləyiciləri ilə bölüşüb.

O, təbiətin gözəlliyini və futbolun birləşdirici gücünü vurğulayıb.

“Şahdağ dağında nə qədər gözəl bir gündür! Dağ yürüşü və möhtəşəm mənzərələr... Amma bu qədər əlçatmaz bir yerdə futbol qapılarını görəcəyimi heç gözləməzdim. Demək olar ki, 2000 metr yüksəklikdədir və bura çatmaq az qala mümkünsüzdür. Futbolun nə qədər güclü və dünyanın hər yerində insanlar üçün nə qədər vacib bir oyun olduğunu bir daha hiss etdim. Bu oyuna xidmət etdiyim üçün özümü xoşbəxt hiss edirəm”, - deyə Dambrauskas bildirib.

İdman.Biz