UEFA Elvin Cəfərquliyev və “Qarabağ”ın maskotunun maraqlı görüntüsünü paylaşıb - VİDEO

Xəbərlər
7 Noyabr 2025 09:57
45
UEFA Elvin Cəfərquliyev və “Qarabağ”ın maskotunun maraqlı görüntüsünü paylaşıb - VİDEO

Avropa Futbol Assosiasiyaları İttifaqının(UEFA) rəsmi “Facebook” səhifəsində “Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyevlə komandanın maskotu “Kəhər”in maraqlı görüntüləri paylaşılıb.

İdman.Biz xəbər verir ki, görüntüdə “Çelsi” ilə oyundan sonra 25 yaşlı müdafiəçimizin maskotla bərabər əyləndiyi əks olunub.

“Çempionlar Liqası kontekstində” - UEFA paylaşıma şərh olaraq yazıb.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Çelsi”ni qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb - 2:2. Bu nəticədən sonra Ağdam təmsilçisi turnir cədvəlində 12-ci pillədədir.

İdman.Biz

Məqalədə: