Mateuş Koxalskinin möhtəşəm qurtarışı ən yaxşıların SİYAHISINDA - VİDEO

Xəbərlər
6 Noyabr 2025 16:32
39
Mateuş Koxalskinin möhtəşəm qurtarışı ən yaxşıların SİYAHISINDA - VİDEO

UEFA Çempionlar Liqasının rəsmi səhifəsi əsas mərhələnin dördüncü turunda ən yaxşı qapıçı qurtarışlarını paylaşıb.

İdman.Biz xəbər verir ki, siyahıda “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin də adı var.

Belə ki, Koxalskinin “Çelsi” ilə qarşılaşmada oyunun son dəqiqələrində Qarnaçonun yaxın məsafədən akrobatik zərbəsinə möhtəşəm reaksiyası ən yaxşı qurtarışlar arasında yer alıb.

İdman.Biz