AFFA bir neçə klubu CƏRİMƏLƏDİ

Xəbərlər
6 Noyabr 2025 13:55
31
AFFA bir neçə klubu CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Premyer Liqa klublarına cərimələr tətbiq edib.

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının X turunda keçirilən “Neftçi” – “Kəpəz” oyununda 75-ci dəqiqədə meydançaya kənar şəxsin daxil olmasına görə “Neftçi” 2500 manat məbləğində cərimələnib.

Həmin qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” klubuna isə 700 manat cərimə tətbiq olunub.

Eyni qayda pozuntusuna görə “Turan Tovuz” - “Şamaxı” və “Sumqayıt” - “Araz-Naxçıvan” oyunlarında da müvafiq komandalar 700 manat cərimə ödəyəcəklər.

İdman.Biz

Məqalədə: