“Qarabağ” - “Çelsi” oyunu Azərbaycanın UEFA sıralamasına təsir etdi

Xəbərlər
6 Noyabr 2025 10:29
68
“Qarabağ” - “Çelsi” oyunu Azərbaycanın UEFA sıralamasına təsir etdi

Azərbaycan UEFA reytinqində Serbiyaya bir qədər də yaxınlaşıb.

İdman.Biz xəbər verir ki, buna “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” ilə 2:2 hesablı heç-heçəsi sayəsində nail olunub.

Azərbaycan 25-ci pillədə qərarlaşaraq əmsalını 22.250-yə yüksəldib. 24-cü yerdəki Serbiyanın 22.375, 26-cı pillədəki Sloveniya isə 21.718 əmsalı var.

Qeyd edək ki, UEFA reytinqində 100.227 xalla İngiltərə liderlik edir.

İdman.Biz