Futbolda aut atışları və qapı zərbələri qaydası dəyişə bilər - VİDEO

Xəbərlər
31 Oktyabr 2025 10:48
178
Futbolda aut atışları və qapı zərbələri qaydası dəyişə bilər - VİDEO

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolçuların aut atışları və qapı zərbələri zamanı vaxt itirməsinin qarşısını almaq üçün geri sayım tətbiqi ideyasını gündəmə gətirib.

İdman.Biz xəbər verir ki, məsələ IFAB-ın Futbol və Texniki Məsləhət Paneli (FAP–TAP) iclasında müzakirə edilib.

Yeni qayda ideyası belədir:

- Aut və qapı zərbələrinə müəyyən vaxt limiti qoyulması planlaşdırılır.
- Məqsəd xüsusilə Premyer Liqada artan uzun aut atışları və qapı zərbələri ilə əlaqədar oyunun gecikməsinin qarşısını almaqdır.
- Qapıçılar üçün bu il tətbiq edilən 8 saniyəlik top saxlama limiti ilə oxşar mexanizm nəzərdə tutulur.
- Əgər qapıçı topu vaxtında oyuna buraxmasa, rəqib komanda küncdən zərbə qazanacaq.

İdman.Biz