Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Vadim Abdullayev: “Meydançada düzgün qərar vermirik, düzgün oynamırıq” - İdman və Biz

Vadim Abdullayev: “Meydançada düzgün qərar vermirik, düzgün oynamırıq”

Xəbərlər
20 Oktyabr 2025 17:50
32
Vadim Abdullayev: “Meydançada düzgün qərar vermirik, düzgün oynamırıq”

“Sumqayıt”a ağır məğlubiyyətdən sonra danışmaq çox çətindi. Bizim sistemimiz olmasa, düzgün oynamağı bacarmayana qədər daim çətiliklərlə üzləşəcəyik”.

Bu sözləri sport24.az-a açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Vadim Abdullayev deyib.

Təcrübəli futbolçu komandasının Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a böyükhesabla məğlubiyyətini şərh edib: “Meydançada düzgün qərar vermirik, düzgün oynamırıq. Bunun üçün də hamı - məşqçi, futbolçu qarışıq işləyib nəticə çıxarmağ lazımdır. Səbəblər çoxdur. Konkret olaraq nəyinsə üstündə dayanmaq olmur. Növbəti oyunlar üçün hər şeyi götür qoy edib nəticə çıxartmaq lazımdır.

Abdullayev komandasının növbəti turdakı rəqibi “Turan Tovuz” haqda da danışıb: “Turan Tovuz” çempionatda ən yaxşı komandalardan biridir. Bizim kimi komandalar üçün hər oyun ağır, çətin keçir. Məğlubiyyətlərə nə qədər tez reaksiya versək, bir o qədər faydalı olacaq. Bunun üçün üç amil vacibdir: İstək, istək bir daha istək. Bunu meydançaya yansıtmasaq, bizim nəyəsə iddia etməyə haqqımız yoxdur”.

Qeyd edək ki, matç “Sumqayıt”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz