“Nottingem Forest” Angelos Postekoqlu ilə yollarını ayırdı

Xəbərlər
19 Oktyabr 2025 12:27
36
“Nottingem Forest” Angelos Postekoqlu ilə yollarını ayırdı

İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” baş məşqçisi Angelos Postekoqlu ilə əməkdaşlığa son verib.

İdman.biz xəbər verir ki, klubun rəsmi açıqlamasında qərarın ardıcıl uğursuz nəticələr səbəbilə qəbul edildiyi bildirilir.

Komanda 8-ci turda evdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olduqdan sonra rəhbərlik dərhal Postekoqlu ilə müqaviləyə xitam verib. Bu nəticə ilə “Nottingem Forest” bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyasını 10 matça çatdırıb. Hal-hazırda komanda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssis cəmi bir ay öncə – sentyabrın 8-də “Nottingem Forest”in sükanı arxasına gətirilmişdi. 60 yaşlı Postekoqlu ötən mövsüm “Tottenhem”in baş məşqçisi kimi Avropa Liqasının qalibi olmuşdu.

İdman.Biz