Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib - FOTO

Xəbərlər
17 Oktyabr 2025 16:05
45
Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib - FOTO

AFFA-nın təşkilatçılığı ilə Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.

Bu barədə İdman.Biz-ə milli assosiasiyadan məlumat verilib.

Oktyabrın 14-dən 17-dək təşkil olunan məşğələlərə təlimatçılar Dəyanət Əliyev və Üzeyir İbrahimov rəhbərlik ediblər.

Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü modulu noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək olacaq.

İdman.Biz