“Şamaxı” klubunun futbolçuları mükafatlandırılıb

Xəbərlər
17 Oktyabr 2025 15:52
41
“Şamaxı” klubunun futbolçuları mükafatlandırılıb

“Ayın qolu” layihəsi çərçivəsində avqust və sentyabr aylarının ən yaxşı qollarının müəllifləri olan “Şamaxı” klubunun futbolçuları Dioqo Balau və Andrey Tirkoveanu mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Bildirilib ki, mükafatları Misli Premyer Liqasının VIII turunun “Şamaxı” - “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

İdman.Biz