“Fənərbaxça” Benzemanı transfer etmək istəyir

Xəbərlər
14 Oktyabr 2025 17:17
27
“Fənərbaxça” Benzemanı transfer etmək istəyir

Fransalı ulduz futbolçu Kərim Benzema “Fənərbaxça”ya keçə bilər.

İdman.biz xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu hücumçunu heyətinə qatmaq üçün qış transfer pəncərəsində əlindən gələni edəcək.

Məlumata görə, İstanbul təmsilçisi yanvar ayında Benzemaya rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, hazırda fransalı forvard Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edir.

İdman.Biz