“Neftçi” Abubakarı razı sala bildi

Xəbərlər
10 Oktyabr 2025 17:37
33
“Neftçi” Abubakarı razı sala bildi

“Neftçi” Vinsent Abubakar transferində müsbət sonluqa vara bilib.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” kamerunlu futbolçu ilə danışıqları yekunlaşdırmaq üzrədir.

“Beşiktaş”ın sabiq üzvünün tələblərinə Bakı təmsilçisi “ok” verib.

Meksika klublarının birindən cəlbedici təklif alan təcrübəli forvardın böyük ölçüdə seçimi “Neftçi” olacaq.

Abubakar son anda fikirini dəyişməsə, yaxın 2-3 gün ərzində paytaxt klubu ilə müqavilə imzalamaq üçün Bakıya gələcək.

İdman.Biz