“Kəpəz”in baş məşqçisi: “Komandanın Premyer Liqada qalması üçün nə lazımdırsa, edəcəyik”

Xəbərlər
2 Oktyabr 2025 14:23
33
“Kəpəz”in baş məşqçisi: “Komandanın Premyer Liqada qalması üçün nə lazımdırsa, edəcəyik”

“Kəpəz”in baş məşqçisi təyin olunan Azər Bağırov komandanın Misli Premyer Liqasında qalması üçün nə lazımdırsa, edəcək.

İdman.biz xəbər verir ki, 41 yaşlı mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, işinin çətin və məsuliyyətli olacağını söyləyib: “Bununla belə, işin çətinliyi bizi qorxutmamalıdır. Gəncə mənə tanış və doğmadır. Buradan ayrılanda da demişdim ki, gəncəli azarkeşlər futbolu bilib, anlayırlar. Əsas məqsədimiz ən qısa müddətdə onlara cari mövsüm ilk qələbə sevincini yaşatmaqdır”.

Bağırov bütün azarkeşləri komandaya dəstək olmağa çağırıb: “İnanıram ki, əl-ələ versək, bu çətin vəzifənin öhdəsindən layiqincə gələcəyik. ‘Kəpəz’in Premyer Liqada qalması üçün nə lazımdırsa, edəcəyik”.

Qeyd edək ki, “Kəpəz” Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb. Komanda Misli Premyer Liqasında keçirdiyi ilk altı oyunda məğlub olub.

İdman.biz