Bu gün futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, mərasim Hamburqda təşkil olunub.
Türkiyə yığması F qrupunda yer alıb. "Ay-ulduzlular" Poruqaliya və Çexiya yığmaları ilə yanaşı, Millətlər Liqasında C divizionunda pley-off mərhələsinin qalibi ilə üz-üzə gələcəklər.
Mundialın açılış matçında A qrupunda yer alan ev sahibi Almaniya Şotlandiya ilə qarşılaşacaq. AVRO-2024-ün açılış oyunu gələn il iyunun 14-də baş tutacaq.
B qrupunda İspaniya, İtaliya və Xorvatiya komandaları qərarlaşıblar. Tarixində ikinci dəfə final mərhələsində oynayacaq Albaniya yığmasının bu rəqiblər müqavimət göstərməsi çətin olacaq.
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya,
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: A yolunda pley-offun qalibi, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-offun qalibi
F qrupu: Türkiyə, C yolunda pley-offun qalibi, Portuqaliya, Çexiya
Qeyd edək ki, Almaniya keçiriləcək çempionat gələn il iyunun 14-də start götürüb, iyulun 14-də yekunlaşacaq.
--------
09:54
Bu gün futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, mərasim Hamburqda təşkil olunacaq.
Püşkatmaya 21 komanda qatılacaq. Digər 3 yığma isə Millətlər Liqasının pley-offundan gələcək. A, B və C yolundan gələcək millilər 4-cü səbətdə yer alacaqlar.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək püşkatma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
AVRO-2024-ün səbətləri
1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Belçika, İspaniya
2-ci səbət: Türkiyə, Danimarka, Macarıstan, Albaniya, Rumıniya, Avstriya
3-cü səbət: Niderland, Şotlandiya, Sloveniya, Xorvatiya, Slovakiya, Çexiya
4-cü səbət: İtaliya, İsveçrə, Serbiya, A, B, C yolunda pley-offların qalibləri
Qeyd edək ki, Almaniya keçiriləcək çempionat gələn il iyunun 14-də start götürüb, iyulun 14-də yekunlaşacaq.
İdman.biz