Spallettidən “Napoli”nin prezidentinə cavab

Xəbərlər
23 Noyabr 2023 23:37
304
Spallettidən “Napoli”nin prezidentinə cavab

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “Napoli”nin prezidentinin fikirlərinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, Aurelio De Laurentis AVRO-2024-ün seçmə mərhələsinin Ukrayna – İtaliya matçında meydan sahiblərinin qələbəsinin oğurlandığını deyib.

Spalletti ona cavabında heç bir şeyi oğurlamadıqlarını qeyd edib. O, qələbə layiq olmadıqlarını etiraf etsə də, final mərhələsinə vəsiqəni ədalətli sayır: “Biz heç bir şey oğurlamamışıq. Ukrayna ilə görüşdə zəif oynaya bilərik, amma biz Avropa çempionatına yüksəlməyə layiq idik. Mudrixin penaltisinə gəlincə, həmin vəziyyət müzakirələrə açıqdır. Çoxlarının düşündüyü kimi, o anda dəqiq 11 metrlik cərimə yox idi”.

Qeyd edək ki, Ukrayna – İtaliya matçı 0:0 hesabı ilə yekunlaşıb. Hər iki yığma eyni xala malik olsa da, “Skaudra Adzurra” əlavə göstəricilər sayəsində final mərhələsinə vəsiqə qazanıb.

İdman.biz