Rumıniyanın baş məşqçisindən rədd: Slovakiya ilə oyun razılaşdırılmayıb

Xəbərlər
27 İyun 2024 21:26
187
Rumıniyanın baş məşqçisindən rədd: Slovakiya ilə oyun razılaşdırılmayıb

Rumıniya yığmasının baş məşqçisi Edvard İordanesku Slovakiya ilə oyunla bağlı ittihamlara cavab verib.

İdman.biz xəbər verir ki, AVRO-2024-ün 3-cü turunda Rumıniya – Sovakiya görüşünün nəticəsinin əvvəlcədən razılaşdırılması ilə bağlı şayiələr yayılıb.

Rumıniyalı mütəxəssis yayılan informasiyaları ciddi şəkildə təkzib edib. İordanesku bu söz-söhbətləri biabırçılıq adlandırıb: “Hər iki yığma bütün gücü ilə oynadı. Komandanı, futbolçuları, bizim işimizi və vicdanımızı ləkələmək sadəcə biabırçılıqdır”.

Qeyd edək ki, E qrupunun son turunda Rumıniya ilə Slovakiya arasındakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya, Belçika, Slovakiya və Ukrayna yığmaları 4 xal toplasalar da, top fərqinə görə, ukraynalılar pley-offdan kənarda qalıblar.

İdman.biz