Luka Modriçlə bağlı sosial şəbəkələrdə yayılan yeni video böyük əks-səda doğurub.
İdman.biz xəbər verir ki, Xorvatiya millisinin kapitanı AVRO-2024-ün Albaniya ilə oyunundan sonra mikst-zonada jurnalistlərin suallarını cavablandırıb.
Onlardan birinin yaşla bağlı sualı Lukanın xətrinə dəyib. “Xorvatiya millisi AVRO-2024-ün növbəti matçı üçün heyətini gəncləşdirməli deyilmi?” sualını eşidən 38 yaşlı veteran dönərək incik şəkildə jurnalistlərdən uzaqlaşıb.
Qeyd edək ki, Xorvatiya millisi keçirdiyi iki oyunda cəmi 1 xal toplayıb.
İdman.biz