Azərbaycan dünya çempionatına 15 şahmatçı ilə yollanacaq

Xəbərlər
4 Dekabr 2023 11:44
439
Azərbaycan dünya çempionatına 15 şahmatçı ilə yollanacaq

Dekabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə dünya çempionatlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycanı ilin son yarışında 15 şahmatçı təmsil edəcək.

Bunlar Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbduladır.

Mundiala dekabrın 31-də yekun vurulacaq.

İdman.biz