Moskvada "Şahmat Ulduzları 5.0" turnirində rapid yarışına yekun vurulub.
İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov 5 xalla 5-ci yeri tutub.
Son 3 turda Rəcəbov 3 heç-heçəyə imza atıb. Şahmatçımız Valentinina Qunina, Raunak Sanhvani və Yifan Hu ilə xalları yarıya bölüb.
Yekunda Vladislav Artemyev 9 turdan sonra 7 xalla ilk pilləni tutub.
Qeyd edək ki, bu gün və sabah blitsdə 18 tur təşkil olunacaq.
İdman.biz